Yuxarı

FİFA təşvişə düşdü: DÇ təhlükədə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA İngiltərə millisinin Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına qatılmamaq ehtimalının yaranmasına görə təşviş içindədir.

Axar.az xəbər verir ki, İspaniya mətbuatı Sergey Skripal və qızının zəhərlənməsinin İngiltərənin mundialda iştirak etməmə ehtimalını reallığa çevirdiyini yazıb.

Məlumata görə, FİFA rəhbəri Cani İnfantino və onun köməkçiləri gərginləşən vəziyyət qarşısında təşvişə düşsə də, ictimaiyyətə süni sakitlik nümayiş etdirməyə çalışır.

“FIFA dünya kubokunun boykot edilməsi çağırışlarının ortaya çıxması ilə əlaqədar təşviş içindədir. Qurum rəsmi olaraq sakitliyini qoruyub saxlayır. Eyni zamanda FİFA-nın yüksəkçinli əməkdaşları Skripalın zəhərlənməsindən sonra gərginliyin kritik həddə çatdığının fərqindədir. Gərginliyin azalacağına dair heç bir əlamət yoxdur. Hər şeyin daha da pisləşəcəyi görünür. Bu isə 2018-ci il dünya çempionatını təhlükə altında qoyur”, - ispan mətbuatı yazıb.

Qeyd edək ki, Böyük Britaniyanın mundialı boykot çağırışını ABŞ da dəstəkləyib.

Tarix
2018.03.15 / 15:35
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevlə Radev arasında təkbətək görüş başladı

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Bunu Əliyevə dedim, çox maraqla yanaşdı – Fitso

Sərhəd hansı xəritələrlə çəkilir? - Paşinyana cavab

İrəvanın COP29-la bağlı bu addımı… - Əmirbəyov

Fitso Bakıda danışdı: Makronun bu fikrini rədd etdim

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla