Yuxarı

Tokioda bakılı Zorgenin xatirəsi yad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın paytaxtı Tokioda sovet kəşfiyyatının zabiti, əslən Bakıdan olan Rixard Zorgenin xatirəsi yad edilib.

Axar.az xəbər verir ki, İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar əfsanəvi kəşfiyyatçının Futyu şəhərindəki Tama qəbiristanlığında məzarı ziyarət olunub.

Tədbirdə Azərbaycan, Rusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan səfirləri, Belarusun Yaponiyadakı müvəqqəti işlər vəkili, eləcə də Qazaxıstan səfirliyinin müşaviri iştirak ediblər.

Alman faşizminə və yapon militarizminə qarşı apardığı mübarizə ilə tarixə qəhrəman kimi düşən Rixard Zorge XX əsrin əfsanəvi kəşfiyyatçısı hesab edilir. Atası alman, anası rus olan R.Zorge 1895-ci il oktyabrın 5-də Bakıda anadan olub.

Məhz R.Zorgenin Moskvaya ötürdüyü məlumatlar II Dünya müharibəsinin gedişinə böyük təsir göstərmiş, sovet qoşunlarının almanların hücumunun qarşısını almasına və əks-hücuma keçməsinə səbəb olmuşdu.

Rəsmi olaraq o, Almaniyanın “Frankfurt Tsaytunq” qəzetinin müxbiri hesab edilirdi. Onun qarşısında duran əsas vəzifə isə Yaponiya imperiyasının atacağı addımların istiqamətini müəyyənləşdirməkdən ibarət idi. R.Zorgenin informatorları arasında həmin vaxt Yaponiyanın Baş naziri olmuş Konoe Fumimaronun müşavirləri də var idi. Bu, ona gizli informasiyaya çıxış əldə etmək imkanı yaratmışdı.

Səkkiz illik kəşfiyyatçı fəaliyyətindən sonra R.Zorge yaşadığı evdə həbs olunmuşdu. Bu, Pörl-Harbor əməliyyatından cəmi iki ay əvvəl, 1941-ci ilin oktyabrında baş vermişdi. Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində Tokio vaxtı ilə 10:20-də asılaraq edam edilir.

Tarix
2024.05.08 / 09:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla