Yuxarı

Çempionlar Liqasının qalibi bəlli oldu - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.05.26 - 14:16

Bu gün UEFA Çempionlar Liqasının qalibinin adı məlum olacaq.

Axar.az xəbər verir ki, Kiyevin "Olimpiya" stadionunda baş tutacaq qarşılaşmada İspaniyanın "Real Madrid" və İngiltərənin “Liverpul” klubları üz-üzə gələcəklər.

“Liverpul” klubunun heyətində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək. "Real Madrid"də isə zədəli yoxdur.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

***

UEFA Çempionlar Liqasının bu gün Kiyevdə keçiriləcək final oyunu ilə əlaqədar Ukrayna Daxili İşlər Nazirliyinin 10 mindən artıq əməkdaşı paytaxtda təhlükəsizlik tədbirlərinə cəlb edilib.

Axar.az xəbər verir ki, son bir sutkada Kiyevdə azarkeşlər arasında elə də ciddi insident yaşanmayıb. Səhər saatlarında yalnız tələbələr arasında insident yaşanıb və polislər dərhal vəziyyəti nəzarətə alıblar.

Bundan başqa, paytaxt metrosunun 5 stansiyasında bombanın qoyulması barədə məlumat yoxlanılıb. Nəticədə həmin məlumatların yalan olduğu müəyyənləşib.

Ukraynanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə isə, son bir sutkada 18 mindən artıq azarkeş qəbul edilib. Səkkiz nəfər Ukraynanın qanunvericiliyini pozduğu üçün ölkəyə buraxılmayıb.

***

"Real" Benzamanın 51-ci dəqiqədə rəqib qapıçının səhvi nəticəsində hesabı açdı, ancaq bundan 4 dəqiqə sonra Mane "Liverpul"un bərabərlik qoluna imza atdı: 1-1.

***

Matçın 64-cü dəqiqəsində Qaret Beyl möhtəşəm aşırtma zərbəsi ilə hesabda komandasını irəli çıxardı: 2-1.

***

Beyl əsas vaxtın bitməsinə 7 dəqiqə qalmış özünün 2-ci qoluna imza atdı: 3-1.

***

"Real" Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qalibi oldu.

Tarix
2018.05.27 / 00:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla