Yuxarı

Seneqal Polşanı məğlub etdi - DÇ

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:33

İyunun 19-da Rusiya-2018-in altıncı gününün H qrupunun ikinci oyunu start götürüb. Mundialın birinci turunun sonuncu oyununda Polşa və Seneqal milliləri üz-üzə gəlir.

Axar.az xəbər verir, Moskvadakı “Spartak” stadionunda keçirilən görüşü bəhreynli Navaf Şükrallah idarə edir.

Polşa millisinin start heyətində Voycex Şesnı, Mixal Pazdan, Tiaqo Conek, Arkadiuş Milik, Robert Levandovski, Djeqoş Krixovyak, Kamil Qrosiçki, Macey Rıbus, Yakub Blaşikovski, Petr Zelinski, Lukaş Pişek meydana çıxıblar. Komandanın baş məşqçisi Adam Navalkadı.

Seneqal yığmasının ilk onbirliyində isə Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Musa Vaqe, Yussuf Sabali, Alfred İndiaye, İndrissa Qeye, Mame Diuf, Sadio Mane, Mbaye Niyanq, İsmayila Sarr yer alıblar. Seneqal millisinin məşqçisi Aliu Sissedir.

Qeyd edək ki, Polşa millisi yeddinci dəfə mundiallarda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

***

İ.Quye oyunun 38-ci dəqiqəsində Seneqalı irəli çıxarıb: 1 - 0

***

60-cı dəqiqədə Niamb komandasının 2-ci qolunu vurub:2 - 0

***

Krikovyak 86-cı dəqiqədə komandasının ilk qolunu vurub: 2 - 1

***

Beləliklə, Seneqal Polşanı 2 - 1 hesabı ilə məğlub edib.

Tarix
2018.06.19 / 20:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla