Yuxarı

Məhəmməd Əlinin möhtəşəm evindən – Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün zamanların ən yaxşı boksçusu kimi tanınan Məhəmməd Əlinin evi hər kəsi qısqandıracaq memarlıq və mənzərəyə sahibdir. Evin verdiyi komfort və rahatlıq hər kəsin xəyalını qurduğu lüks yaşamın real həyatda ən gözəl nümunədir.

Publika.az xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatında yerləşən bu evin 5 yataq, 4 hamam otağı var. Əlinin evi 1,5 hektar ərazidə inşa edilib. Ərazinin 930 kv/km-i sadəcə evə aiddir. Bağçasında bir üzgüçülük hovuzu, tennis kortu, basketbol, voleybol üçün xüsusi sahələr yerləşir. Evdə xüsusilə, uşaqlar üçün düzəldilmiş oyun parkı və dillərə dastan olan mənzərə var.

Məhəmməd Əlinin ailəsi ilə birlikdə yaşadığı zamanlardan qalıb. Zövqlü memarlıq üslubu və interyeri onu xüsusi edən əsas amillərdir. Bağçasında bolluca yaşıllıq, göl və rəngarəng çiçəklər olması buranı tam bir cənnətməkana çevirib.

Məhəmməd Əli qələbəlikdən uzaq, sakit yaşayışı öz həyat tərzinə çevirib. Özündən izlər qoyan bu evdə hər detalı incəliyinə qədər düşünüb və dünyanın ən yaxşılarına uyğun şəkildə dizayn edib.

Yerdən isitmə texnologiyasına sahib evin 3 avtomobillik bir qarajı var. Qaraja evdən xüsusi keçid salınıb. Bu keçid də evi lüks edən ən gözəl detallardan biridir. Dekorasiyada sadəliyə üstünlük verilib. Parketlər, mebellər, hətta divar kağızları belə özəlliklə seçilib və vurğulanıb.

Mətbəxdə pərdədən istifadə edilməyib. Mətbəxin böyüklüyü isə ayrıca dillərə dastan olub. Məhəmməd Əlinin yeni texnologiyalara olan marağı mətbəxdə özünü gen-bol göstərib.

Tarix
2018.07.10 / 16:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla