Yuxarı

Qaltye: "Bu oyun "Qarabağ"a hörmətimizi artırdı"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komandamın oyunundan razıyam. Çoxlu ofsaydlara düşməyimizə baxmayaraq, zonalar üzrə səhvlərə yol vermədik". Apasport.az saytının məlumatına görə, bunu "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye deyib.

Təcrübəli çalışdırıcı Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə Bakıda "Qarabağ"la heç-heçə (0:0) etmələrinə şərh verib: "Heç də pis olmuram ki, hücumlarımız elə də gözəl alınmadı. Çünki çətin rəqiblə oyunda biz daha çox müdafiəyə fikir verirdik. Əslində, biz "Qarabağ"ın son oyunlarını izləmişdik. Tamaşaçılar üçün də rəqib asan görünə bilərdi. Bu oyundan sonra onlara olan hörmətimiz daha da artdı. Bakıda qol buraxmamağımız böyük üstünlükdür. Biz Sent-Etyendə daha yaxşı çıxış etməyə çalışacağıq".

Qaltye "İnter"i qrupun favoriti hesab etdiyini bildirib: "Qarabağ"ı yüksək səviyyəli komanda kimi bilirdim. "İnter" qrupun favoritidir. Qurban Qurbanovun yaxşı taktiki sxemdən yararlanmasını gördükdən sonra fikirlərim bir qədər dəyişdi. Artıq deyə bilərəm ki, "Qarabağ" da bu qrupun favoritlərindən biridir. İnanıram ki, komandanız Fransada da hücum futbolu nümayiş etdirəcək. Amma "Sent-Etyen"in hücum futbolu oynamaması ilə bağlı deyilənlərlə də razı deyiləm. Gələn oyunda da çox çalışacağıq ki, daha çox güc qoyaq".

Tarix
2014.09.19 / 02:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla