Yuxarı

"Qarabağ" qələbə ilə başladı, "Zirə" son dəqiqədə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.08.18 - 20:31

Bu gün Topaz Premyer Liqada ikinci tura start verilib.

Axar.az xəbər verir ki, turun açılış matçında "Səbail" son çempion "Qarabağ"ı qəbul edib. Birinci turda "Zirə" ilə görüşü təxirə salınan Ağdam klubu bu mövsüm Premyer Liqada ilk oyununu keçirib və 2:0 hesabı ilə qalib.

***

Avqustun 18-də Topaz Premyer Liqasının ikinci turunda növbəti oyun keçirilib.

Axar.az xəbər verir ki, günün ikinci matçında “Zirə” komandası “Azal Arena”da “Keşlə” klubunu qəbul edib. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi oyun 2:2 hesabı ilə başa çatıb. Baş məşqçi Ayxan Abbasovun futbolçuları mövsümə erkən vurulan qolla başlayıblar. Komandanın heyətində 2-ci dəqiqədə Mirsahib Abbasov hesabı açıb. Otuz altıncı dəqiqədə Pərdis Fərcad-Azad keçmiş komandasına qol vuraraq hesab arasındakı fərqi artırıb – 2:0.

Fasilədən sonra hücuma atılan “Keşlə” futbolçuları hesab arasındakı fərqi azaldıblar.

Əvvəlcə 53-cü dəqiqədə Slavik Alxasov fərqlənib. Oyuna əlavə olunmuş dəqiqələrdə isə Andre Klennon hesabı bərabərləşdirib. Beləliklə oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Tarix
2018.08.19 / 01:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla