Yuxarı

Bakıda futbolçular avtobus itələdi, məşqçilər qovuldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı və sonra maraqlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, oyunun 45-ci dəqiqəsində baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abbasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.

Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.

Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.

“Neftçi”nin 2-1 hesabı ilə qalib ayrıldığı oyundan sonra isə “Zirə”nin futbolçularını aparan avtobus işə düşməyib. Bu səbəbdən də komandanın futbolçuları və texniki heyət üzvləri avtobusu itələməli olub. Bir qədər itələdikdən sonra avtobusun mühərrikini işə salmaq mümkün olub.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Tarix
2018.09.23 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla