Yuxarı

Qurbanovun FİFA-da kimə səs verdiyi bilindi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, FİFA ilin ən yaxşılarını açıqlayıb.

Axar.az xəbər verir ki, qurum öz saytında səsvermənin nəticələrini yerləşdirib.

İspaniyanın “Real Madrid” klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 9 namizədi (Kristiano Ronaldo, Məhəmməd Salah, Kilian Mbappe, Lionel Messi, Antuan Qrizman, Eden Azar, Kevin de Bruyne, Rafael Varan və Harri Keyn) qabaqlayaraq FİFA versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir.

Səsvermədə Azərbaycan millisinin kapitanı Kamran Ağayev Ronaldoya 5 xal, Salaha 3 xal, Messiyə 1 xal, millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qrizmana 5 xal, Modriçə 3 xal, Ronaldoya 1 xal, jurnalist Rasim Mövsümov isə Modriçə 5 xal, Mbappeyə 3 xal, Salaha 1 xal verib.

Lionel Messi (Modriç - 5 xal, Mbappe - 3 xal, Ronaldo - 1 xal), Kristiano Ronaldo (Varan - 5 xal, Modriç - 3 xal, Qrizman - 1 xal) və Luka Modriç də (Varan - 5 xal, Ronaldo - 3 xal, Qrizman - 1 xal) səsvermədə iştirak ediblər.

Qurban Qurbanov FİFA-nın ilin ən yaxşı baş məşqçisini müəyyənləşdirmək üçün keçirdiyi səsvermədə Didye Deşama (5 xal), Zinəddin Zidana (3 xal) və Xosep Qvardiolaya (1 xal) səs verib.

Qeyd edək ki, Ronaldo və Messi mükafatlandırma mərasimində iştirak etməyib.

Tarix
2018.09.25 / 10:16
Müəllif
Nazim Xəlilov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla