Yuxarı

“Milli fiasko”dan sonra milli çempionata davam

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Milli fiasko”dan sonra milli çempionata davam

Oktyabrın 17-də 3 həftəlik fasilədən sonra Topaz Premyer Liqasında VIII tura start veriləcək.

Axar.az milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə son verildiyini xəbər verir. İlk oyun günü 2 matçın keçiriləcəyi tur Sumqayıtda başlayacaq.

Burada şəhərin eyni adlı komandası ilə "Neftçi" üz-üzə gələcək. Zirvə uğrunda mübarizə aparan "Gənclər şəhəri" təmsilçisi yenidən ilk pilləyə çıxa bilər. Bunun üçün Aqil Məmmədovun yetirmələri bakılıları mütləq məğlub etməlidirlər.

"Neftçi" isə ötən tur "Qarabağ" məğlubiyyətinin (1:3) əvəzini çıxıb, son iki qələbəsiz oyunlar seriyasına son qoymaq niyyətindədir. Günün ikinci oyunu turun mərkəzi qarşılaşması olacaq.

Belə ki, 11 xalla 3-cü pilləyə şərik olan "Qarabağ" doğma publika önündə "Qəbələ"ni qonaq edəcək. Paytaxtda münasibətlərinə aydınlıq gətirəcək komandaların duelində qalib gələn tərəf ilk pilləyə yüksələcək. Ardıcıl 3 turdur məğlubiyyətin nə olduğunu bilməyən son çempionlar növbəti qələbəsini ötən mövsüm ölkə kubokunda uduzduğu rəqibi üzərində qazanmalıdır.

o q h m t/f x
1 İnter 7 4 2 1 20-4 14
2 Sumqayıt 7 4 0 3 10-10 12
3 Qarabağ 6 3 2 1 9-6 11
4 Qəbələ 7 3 2 2 7-8 11
5 Neftçi 6 3 1 2 5-7 10
6 Simurq 7 3 0 4 9-8 9
7 Xəzər L 7 2 2 3 5-6 8
8 AZAL 6 2 2 2 5-8 8
9 Bakı 7 2 1 4 6-15 7
10 Araz N 6 1 0 5 5-7 3

Tarix
2014.10.17 / 01:08
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla