Yuxarı

Nəzirovun dili qatlandı, məşqçi özündən getdi... – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində “Neftçi”-”Zirə” oyununda xoşagəlməz hadisələr yaşanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, oyunun 41-ci dəqiqəsində Neftçi"nin məşqçisi Füzuli Məmmədov yerə yıxılıb.

Həkimlər ona müdaxilə edib və F. Məmmədov ayağa qalxıb. Hadisədən sonra "Neftçi"nin prezidenti Kamran Quliyev dərhal özünü ehtiyat oyunçular skamyasına çatdırıb.

Füzuli Məmmədovun yıxılma səbəbi hələ ki, məlum deyil.

Oyununun 70-ci dəqiqəsində isə “Zirə”nin qapıçısı Anar Nəzirov ciddi xəsarət alıb. 33 yaşlı qolkiper rəqibin futbolçusu Mirabdulla Abbasovla toqquşub.

Hadisədən sonra qolkiperin dili qatlanıb. Anar Nəzirov həkimlərin müdaxiləsindən sonra özünə gəlib. O, xərəklə meydanı tərk edib. Qapıçının yerinə meydana Kamal Bayramov daxil olub. Hər iki klubun azarkeşləri A.Nəzirovu alqışlayıblar.

Oyundan öncə isə "Zirə"nin futbolçusu Dilan Duventuru isinmə hərəkətlərində əzələsini dartıb. Onu qarşılaşmada Kamal Mirzəyev əvəz edib.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Tarix
2018.11.10 / 23:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla