Yuxarı

Məsud Özil narkotikdən huşunu itirdi – Şok video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun “Arsenal” klubunun ulduz futbolçularının iştirakı ilə keçirilən əyləncəli gecənin görüntüləri bütün dünyada rezonans doğurub.

Axar.az xəbər verir ki, türk əsilli futbolçusu Məsud Özilin də aralarında olduğu Sid Kolasinaç, Aleksandr Lakazet, Pyer Abumeyanq və Qunduzi kimi futbolçular “Mayfair”dəki “Tape” klubunda “qəhqəhə qazı” adlanan narkotik tərkibli maddədən istifadə ediblər.

Görüntülərdə futbolçuların maddəni qəbul etdikdən sonra huşsuz vəziyyətə düşməsi də əks olunub.

Sözügedən şənlikdə 12 futbolçu və 70 qadın iştirak edib. Futbolçular 30 min funt-sterlinq hesab ödəyiblər.

Artıq “Arsenal” klubu da qalmaqallı görüntülərə münasibət bildirib. Klubun sözçüsü futbolçularla bu barədə söhbət aparılacağını və onlara komandanın təmsilçiləri kimi öhdəliklərinin olduğunun xatırladılacağını bildirib.

Qeyd edək ki, “qəhqəhə qazı” adlanan “hippi krak”ın istifadəsi qanunla qadağan edilməyib. Amma oksidləşmiş azotdan ibarət olan bu maddə ölümə səbəb ola bilir. Maddənin səbəb olduğu oksigen çatışmazlığı səbəbindən istifadə edənlər əksər hallarda huşunu itirir.

Tarix
2018.12.07 / 16:51
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla