Yuxarı

"Arsenal" "Qarabağ"a qarşı ikinci heyətlə oynayacaq - Emeri

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz sabah “Qarabağ”la oynayacağımız matçda qələbə qazanacağımıza inanırıq.

Report-un verdiyi xəbərə görə, bunu İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə qarşılaşacaqları "Qarabağ"la matçdan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis sözügedən qarşılaşmada gənclərə də şans verəcəyini vurğulayıb: “Biz özlərinə əminlik və üzərlərində məsuliyyət hiss edən futbolçulara şans verəcəyik. Ancaq o, şərtlə ki onlar güclü performans göstərsinlər. Bizim ilkin məqsədimiz qrupun qalibi olmaq idi, buna da nail olduq. Lakin biz "Qarabağ"a hörmətlə yanaşırıq. Biz bir sıra fərqli oyunçulara, o cümlədən 23 yaşadək futbolçularla meydana çıxacağıq. Eyni zamanda onların arasında Loran Koselni də olacaq. Onun fiziki formasını görmədən müdafiəçinin bazar günü "Sautqempton"la Premyer Liqa matçını oynayacağına qərar verməyəcəyik".

Emeri Məsut Özilin kürəyindəki zədəni hələ də bərpa edə bilməməsini kompüter oyunu ilə əlaqədar olduğuna dair iddialara belə reaksiya verib. "Bu barədə heç nə bilmirəm. Sabah o, 18 nəfərlik heyətdə yer alacaq. Özilin ilk "11-lik"də, yoxsa sonra meydana daxil olacağına qərar verəcəyik".

Qeyd edək ki, matç dekabrın 13-ü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarix
2018.12.12 / 18:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla