Yuxarı

“Qalatasaray”a son nəfəs: Gözlər Belçikada

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında V turun son oyunları keçiriləcək.

Axar.az xəbər verir ki, ilk oyun günündə olduğu kimi, bu gecə də 8 qarşılaşma baş tutacaq.

A qrupunda 6 xalla ikinci pillədə qərarlaşan "Yuventus" İsveçdə qrup sonuncusu "Malmö"nün qonağı olacaq. Qrup lideri Madridin "Atletiko" klubu isə doğma meydanda Yunanıstanın "Olimpiakos"unu qəbul edəcək.

B qrupunda heç kimin gözləmədiyi halda baxımlı oyun sərgiləyən İsveçrənin "Bazel" klubu doğma meydanda qrupda maksimum xal toplayan "Real Madrid" ilə qarşılaşacaq. Çempionatın sürpriz komandalarından sayılan "Ludoqorets" isə doğma meydanda İngiltərənin "Liverpul" komandası ilə qarşı-qarşıya gələcək.

C qrupunda yer alan Rusiyanın "Zenit"i "Benfika"nı, "Bayer Leverkuzen" isə "Monako"nu qəbul edəcək.

Azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədiyi oyun D qrupundadır. Belçikanın "Anderlext" klubunun qonağı olan Türkiyənin "Qalatasaray" klubu oyundan maksimum nəticə ilə ayrılmağa çalışacaq.

Günün mərkəzi oyunu isə Almaniyanın Dortmund şəhərində reallaşacaq. Burada "Borussiya" İngiltərə "Arsenal"ını sınağa çəkəcək.

A qrupu

23:45. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya)

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Olimpiakos" (Yunanıstan)

B qrupu

23:45. "Bazel" (İsveçrə) - "Real" (Madrid, İspaniya)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Liverpul" (İngiltərə)

C qrupu

21:00. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Monako" (Fransa)

D qrupu

23:45. "Anderlext" (Belçika) - "Qalatasaray" (Türkiyə)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Arsenal" (İngiltərə)

Tarix
2014.11.26 / 10:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla