Yuxarı

Albaniya prezidenti "Qarabağ"ın oyunçusundan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya Prezidenti İlir Meta da Ansi Aqollinin 9 il formasını geyindiyi "Qarabağ" klubundan ayrılmasına biganə qalmayıb.

Qol.az-ın məlumatına görə, bir müddət öncə Bakıda 36 yaşlı futbolçu ilə görüşən ölkə başçısı Ansinin Topaz Premyer Liqanın 21-ci turunun "Səbail"lə oyunundan sonra komanda yoldaşları və azarkeşlərlə vidalaşdığı anları əks etdirən videonu şəxsi "Feysbuk" səhifəsində paylaşaraq, bu sözləri yazıb:

"Bir neçə gün öncə Bakıda məşhur futbolçumuz Ansi Aqolli ilə görüşməkdən məmnun oldum. Əvvəlki vaxtlarla müqayisədə o, 9 il çıxış etdiyi Azərbaycanın ən yaxşı komandası - "Qarabağ"dakı son günlərinə görə həyəcanlı idi. Tək mən deyil, Bakıda Albaniyanı təmsil etmiş istənilən şəxs, əminəm ki, Ansi haqda ən yaxşı sözləri eşidib. O, bizim Azərbaycandakı ən yaxşı səfirimiz idi. Aqolliyə gələcək karyerasında uğurlar arzu edərək, onun çempion komanda və azarkeşlərlə vida anlarını bölüşməkdən məmnunam".

Qeyd edək ki, "Qarabağ"ı ABŞ-ın "Nyu York Kosmos" klubuna dəyişən Aqolli bu gün yeni komandasında ilk məşqinə çıxıb. Təcrübəli müdafiəçi karyerasını başa vurduqdan sonra klubun uşaq futbol akedemiyasında işləyəcək.

Tarix
2019.03.20 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla