Yuxarı

Gündüz İsmayılov 3 qızılla qayıtdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İştirak etdiyi yarışlardan hər dəfə qalib olaraq vətənə qayıdan məşhur paralimpiyaçımız Gündüz İsmayılov Sankt-Peterburqda növbəti dəfə qalib olub.

Axar.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa çempionatında sağlam idmançılarla yarışan yeganə paralimpiyaçımız üç dəfə fəxri kürsüyə yüksəlib.

Hər dəfə bayrağımızı yüksəltməyi bacaran G.İsmayılov bununla 4-cü dəfə fiziki məhdudiyyətli olmasına baxmayaraq, sağlam idmançılarla yarışda iştirak edib və yeni rekorda imza atmağı bacarıb. Nəticədə G.İsmayılov mütləq çempion adını qazanaraq ölkəyə qələbə ilə dönüb.

Qalibiyyəti ilə bağlı idmançımız G.İsmayılov bu yarışlarda iştirak etməsində ona dəstək olan Gənclər və İdman naziri Azad Rəhimova, Gömrük İdman Klubunun rəhbərliyinə və köməkliyini əsirgəməyən idmançı dostlarına təşəkkürünü bildirib.

Tarix
2019.05.14 / 16:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla