Yuxarı

Qazaxıstanda qalmaqal: Güləşçimiz uduzduruldu və...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

Axar.az Report-a istinadla xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə keçməyi bacarıb. Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Hakimlər isə ona qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər. Hakimlərin üzərinə getmək istəyən Hacı Əliyevi polislər saxlayıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Tarix
2019.09.19 / 10:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla