Yuxarı

Millimiz üçün bir ilk yaşanacaq: VAR sistemi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VAR sistemi tətbiq olunacaq.

Report-un məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. FIFA-nın da təsdiqləməsindən sonra yekun qərar çıxarılacaq.

Bu isə o deməkdir ki, yeni sistem ilk dəfə Azərbaycan millisinin rəsmi oyunlarında da işə düşəcək.

VAR-dan AVRO-2020-nin pley-off matçlarında da istifadə olunacaq. Gələn il martın 26-da yarımfinal, martın 31-də isə final qarşılaşmaları oynanılacaq. Əvvəllər bu sistem böyük turnirlərin seçmə mərhələlərində tətbiq edilməyib.

VAR-ın sınaqdan çıxarılmasına dair qərar 2016-cı ildə verilib. Hazırda bu sistemdən Türkiyə, Rusiya, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa çempionatlarında, eləcə də Çempionlar Liqasında istifadə olunur. 2017-ci il Konfederasiyalar Kubokunda və 2018-ci il dünya çempionatında da VAR-dan yararlanıblar.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

Tarix
2019.12.05 / 00:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla