Yuxarı

“…Xorvatiya və İtaliyaya qalib gələcəyik”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“…Xorvatiya və İtaliyaya qalib gələcəyik”

Fevralın 20-dən Türkiyədə təlim-məşq toplanışında olan milli komandamızın baş məşqçisi Robert Prosineçki mətbuat konfransı keçirib.

Axar.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"İlk dəfə futbolçularla bir yerdə olduq. Burada əla şərait var. Komandadan razı qalmışam. Oyunçularda motivasiya çox yüksəkdir. Nizam-intizam da qaydasındadır. Futbolçulardan hərtərəfli razıyam.

Maksim Medvedyev yüngül zədə aldı. Ancaq məşqlərini davam etdirə bilmədiyi üçün onu Bakıya göndərdik. Üç məşq prosesi keçmişik. Futbolçular istədiyimi mənə verdi. Hiss olunur ki, onlarda potensial var. İnanıram ki, "Avro-2016"-nın seçmə mərhələsində Maltaya qarşı yaxşı oyun nümayiş etdirəcəyik".

Baş məşqçi qeyd edib ki, komandanın hücum futbolu oynamasını istəyir: "Rəşad Sadıqovun yüngül zədəsi var. Riskə getmək istəmədik. Onun oynamağı vacibdir. Maltaya qarşı oynayacaq futbolçuları müəyyən etmişəm.

Mənə Azərbaycan futbolunu irəli apara bilən futbolçular lazımdır. Məncə, milliyə dəvət alan futbolçular Azərbaycanın ən yaxşılarıdır. Məşqçi kimi əlimdən gələni edəcəm ki, futbolçular özlərinə inansınlar. İnansınlar ki, onlar gözəl futbol oynaya bilərlər. Əsas odur ki, mən və siz yox, futbolçular özləri buna inansınlar. Demirəm ki, Xorvatiya və İtaliyaya qalib gələcəyik. Ancaq Bakıya gələn milli komandalar görməlidirlər ki, Azərbaycan millisi də oynamağı bacarır".

Tarix
2015.02.23 / 14:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla