Yuxarı

Formula: Bu mərhələlər ləğv edildi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Formula E təqvimində formal surətdə qalan son iki mərhələnin - Nyu York və London yürüşlərinin ləğv edilməsi barədə qərar qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə rəsmi bəyanat hələlik açıqlanmayıb, lakin mayın 1-də bütün bilet sahiblərinə həmin mərhələlərin keçirilməyəcəyi barədə məlumat göndərilib.

Nyu York yürüşü iyulun 11-nə planlaşdırılmışdı, lakin onun keçirilməsi mümkün sayılmayıb. Burada Red-Huk liman rayonunun hazırda şəhər hakimiyyəti tərəfindən koronavirusa qarşı mübarizə əməliyyatına cəlb olunması da rol oynayıb.

Londondakı "ExCel Arena" sərgi mərkəzinin ətrafındakı ərazidə iyulun 25-də və 26-da keçirilməsi nəzərdə tutulan Formula E-nin final mərhələsi də analoji səbəblərə görə ləğv edilib. "ExCel Arena" kompleksi yaxın aylarda Milli Səhiyyə Xidmətinin tibb mərkəzlərindən biri kimi fəaliyyət göstərəcək.

Bu mərhələlərə bilet almış azarkeşlərə müraciətdə deyilir: "Formula E və FIA indiki böhran şəraitində mövcud məkanları yenidən profilləmə ideyasını qeyd-şərtsiz dəstəkləyirlər. Lakin Formula E və FIA yaranmış vəziyyəti və yüksək səviyyədə yürüşlərin keçirilməsi üçün zaman tələb olunduğunu nəzərə alaraq London mərhələsini ləğv etmək barədə qərar qəbul ediblər.

Biz Böyük Britaniyada yürüşün daha gec vaxtda keçirilməsi imkanlarını nəzərdən keçiririk, lakin yürüşün tamaşaçısız keçiriləcəyini də istisna etmirik".

Tarix
2020.05.02 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla