Yuxarı

Teymur Rəcəbov şahmat akademiyası açdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov öz onlayn şahmat akademiyasını yaradıb.

Axar.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, o, akademiyaya tanınmış şahmat mütəxəssislərini cəlb edib.

Onlayn akademiyanın müəllimləri T. Rəcəbovla yanaşı, tanınmış şahmat məşqçiləri Vladimir Çuçelov (Belçika) və İqor-Aleksandr Natafdır. Hər iki qrossmeyster uzun müddətdir T. Rəcəbovla işləyir və ona ən böyük beynəlxalq yarışlara hazırlaşmağa kömək edir.

Rəcəbov qeyd edir ki, layihəsinin missiyası hər evə şahmat gətirməkdir:

“Missiyamız bütün dünyada şahmatı inkişaf etdirmək və hər evə gətirməkdir. Ən yüksək səviyyədə şahmat oynamaqda misilsiz təcrübəyə sahibik, məşqçilərimiz və qrossmeysterlərimiz Çuçelov və Nataf uzun illərdir dünyanın ən yaxşı şahmatçıları ilə gündəlik işləyirlər”.

Dərslər oktyabr ayının əvvəllərində başlayacaq.

Tarix
2020.09.18 / 00:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla