Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?
22:16
| Ana səhifə İdman |
|
"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo aprel ayının sonunda Nepalda baş verən və 7 min 500 nəfərin həlak olduğu dəhşətli zəlzələyə laqeyd qalmayıb.
Axar.az xəbər verir ki, Feysbuk səhifəsindən Nepalda yaşananlara diqqət çəkən Ronaldo "Uşaqları xilas edin" (Save the children) təşkilatına 7 milyon avro bağışlayıb.
Uşaqların xilas edilməsi üçün hamının səfərbər olmalı olduğunu bildirən portuqaliyalı ulduz çətin vəziyyətdə olanlara etdiyi köməklərlə gündəmə gəlməkdə davam edir. Daha əvvəl də Qəzzadakı uşaqlar üçün 1.5 milyon avro yardım göndərən futbolçu, beyin xəstəliyinə tutulan xəstə bir uşağın xilas edilməsi üçün də 83 min dollar pul ayırmışdı.
|
Tarix
2015.05.07 / 17:28
|
Müəllif
Nilufər Muğantürk
|