Yuxarı

"Qalatasaray"dan səfərdə inamlı qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qalatasaray"dan səfərdə inamlı qələbə

Aprelin 17-də futbol üzrə Türkiyə çempionatının XXXV turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub.

Axar.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri 3:1 hesabı ilə qalib gəliblər. Qonaqların hər üç qolunu Məhəmməd Aktürkoğlu vurub. Meydan sahiblərinin heyətində isə Foysseni Diabate fərqlənib.

Günün digər qarşılaşmasında “Ərzurumspor” səfərdə “Denizlispor”u 3:2 hesabı ilə məğlub edib. “Yeni Malatyaspor” öz meydanında “Alanyaspor”u minimal hesabla üstələyib. “Trabzonspor” – “Hatayspor” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 71 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 66 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 65 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

Tarix
2021.04.18 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla