Yuxarı

Şenol Günəş Uelslə matçdan danışdı: Bacaracağıq!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şenol Günəş Uelslə matçdan danışdı: Bacaracağıq!

Avro-2020-yə uğursuz start verdik. Açılış oyununda gözəl oyun nümayiş etdirə bilmədik. Uğursuzluğa son qoyub qələbə qazanmaq istəyirik.

Axar.az xəbər verir ki, bunu Avro-2020-nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş bu gün təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, irəliyə baxmaq lazımdır. Uels millisi güclü futbolçulardan təşkil olunub. Müdafiədə oynasalar da, sürətli hücumları olur. İsveçrə və Uels ilə oyunlardan 6 xal qazanmaq istəyirik. Ümid edirəm ki, bunu bacaracağıq.

“Futbolçularıma inanıram. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Bütün bunlar qələbə qazanmağımız üçün ediləcək. Uels ilə oyunun nəticəsi bizim üçün çox vacibdir. İsveçrə ilə oyunu ayırmaq istəmirəm. Hər iki oyunda meydandan qalib ayrılmaq istəyirik”, - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Tarix
2021.06.15 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla