Yuxarı

Üç klubumuz üçün həyəcanlı gün – Yenilənir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan üçün Avropa Liqası həyəcanı başlayır.

Axar.az xəbər verir ki, "Neftçi" I təsnifat mərhələsində ilk matçına çıxacaq. "Ağ-qaralar" bu gün öz meydanında Monteneqronun "Mladost" klubunu qəbul edəcək.

Rəqibi ilə müqayisədə avrokuboklarda böyük təcrübəyə malik "Neftçi" bu oyunun favoriti hesab olunur. Lakin Samir Əliyevin komandası bu görüşə ciddi itkilərlə çıxacaq.

Erik Ramos və Kaue da Silva cəza, Flavinyo isə zədə səbəbindən bu gün meydana çıxa bilməyəcək. Görüş saat 21:00-da başlayacaq.

Bu gün "Qəbələ" səfərdə "Dinamo"nun (Tiflis) qonağı olacaq. Ardıcıl ikinci dəfə avrokuboklara qatılan Qəbələ təmsilçisi ötənilki uğursuzluğu unutdurmağa çalışacaq. Bunun üçün "Qəbələ" Tiflisdən uğurlu nəticə ilə qayıtmağa çalışacaq.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Klublarımızdan meydana ilk olaraq Bakı "İnter"i çıxacaq. Paytaxt təmsilçisi Albaniyada "Laçi"nin qonağı olacaq. Bu görüşün start fiti saat 20:30-da veriləcək. Maliyyə problemləri ilə üzləşən "İnter" bu cütün favoriti hesab olunur. Bu görüş "İnter"in baş məşqçisi Zaur Svanadzenin ilk avrokubok sınağı olacaq.

Tarix
2015.07.02 / 15:04
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla