Yuxarı

Yaponiyalı bacı-qardaş eyni gündə qızıl medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiyalı bacı-qardaş eyni gündə qızıl medal qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında yaponiyalı kişi cüdoçu Hifumi Abe və onun bacısı Uta Abe eyni gündə qızıl medal qazanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, H.Abe 66 kq, U.Abe isə 52 kq çəkidə olimpiya çempionu olub. Kişi cüdoçu finalda gürcüstanlı Vaja Marqvelaşvilini yenib. Bu çəkidə Azərbaycanı təmsil edən Orxan Səfərov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Qadın tatami ustası isə həlledici qarşılaşmada fransalı Amandin Büşarı üstələyib.

Qeyd edək ki, Hifumi Abenin 24, Uta Abenin 21 yaşı var. Yaponiyalı bacı-qardaş 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında da eyni çəkidə qızıl medal qazanıb. Eyni zamanda, H.Abe 2017-ci, U.Abe isə 2019-cu il dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İndi onlar karyeralarında ilk dəfə olimpiya çempionluğu əldə ediblər.

Tarix
2021.07.25 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla