Yuxarı

Platini AFFA-dan dəstək istədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA prezidenti Mişel Platini FİFA prezidenti postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Report-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı funksioner müvafiq məktubu ali futbol qurumuna üzv olan 209 milli assosiasiyanın prezidentləri və baş katiblərinə göndərib.

Məktubda deyilir: "Mən futbolun və şəxsən özümün gələcəyimi ölçüb-biçərək, dərindən və çox düşünülmüş qərar qəbul etdim. Əlbəttə, bu zaman sizin dəstəyinizi, çoxlarınızın mənə göstərdiyiniz hörmət və etimadı əlimdə rəhbər tutdum. Öz taleyini öz əlinə almağın lazım gəldiyi anlar da olur. Mən belə dövrlərdən birini keçirirəm. Bu, həyatımda və FİFA-nın taleyini müəyyənləşdirən hadisələrin davamındakı sınaq mərhələsidir".

M.Platini bildirib ki, ötən yarım əsrlik dövrdə FİFA-nın cəmi 2 prezidenti olub: "Bu isə futbolda da radikal dəyişikliklərin, iqtisadi irəliləyişlərin baş verdiyi müasir dünya üçün təəccüblü, paradoksaldır. Lakin bu yaxınlarda baş vermiş hadisələr bizi ali futbol idarəetmə orqanında yeni səhifəyə başlamağa və onun rəhbərlik prinsiplərini yenidən dərk etməyə vadar edir. Sizin dəstəyinizə və on milyonlarla azarkeşə görmək istədikləri nümunəvi, vahid, həmrəylik nümayiş etdirən, hörmət və sevgiyə layiq olan, insanlar naminə çalışan FİFA-nı hədiyyə edə biləcəyimizə ümid edirəm".

Qeyd edək ki, FİFA prezidentliyinə namizədlər 2015-ci il oktyabrın 26-dək ərizələrini verməlidirlər. Seçkilər isə 26 fevral 2016-cı ildə keçiriləcək. Hazırkı FİFA prezidenti Yozef Blatter seçkiyədək postunda qalacaq. Y.Blatter 1998-ci ildən rəhbərlik etdiyi ali futbol qurumuna mayın sonlarında yenidən seçilib. Lakin o, cəmi 4 gün sonra istefa verib. Bundan başqa, korrupsiya qalmaqalları ilə əlaqədar FİFA-nın bir neçə yüksək vəzifəli məmuru vəzifəsindən azad edilib və həbs olunub.

Tarix
2015.07.29 / 17:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla