Yuxarı

Formula-1: Bakı Qran-prisində sprint yarışları keçirilə bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-1: Bakı Qran-prisində sprint yarışları keçirilə bilər

Formula-1 üzrə Azərbaycan Qran-prisində sprint yarışları keçirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlama verib.

O bildirib ki, yeniliyin 2023-cü ildən tətbiq olunması planlaşdırılır:

"Mən sprint yarışlarını çox sevirəm, bunlar Qran-priyə daha çox aktivlik qatır. Sprint yarışının təkcə Bakı üçün deyil, istənilən promouter üçün cəlbediciliyi ondan ibarətdir ki, şənbə günü daha çox azarkeş cəlb edilə bilər".

Rəhimovun sözlərinə görə, Azərbaycanda tamaşaçıların əksəriyyəti Formula-1 haqqında o qədər də məlumatlı deyil: "Ona görə də iki yarışımız olduğunu söyləyəndə, bu, şübhəsiz ki, azarkeş marağını artıracaq".

İcraçı direktor sprint yarışlarına ev sahibliyi etməkdən məmnun olacaqlarını söyləyib:

"Ümid edirəm ki, bunu əldə edəcək altı Qran-pridən biri biz olacağıq. Mən bu fikri çox bəyənirəm. Düşünürəm ki, illər ərzində hər şeyi bir az qarışdırmaq yaxşıdır. Çünki insanlar eyni formata çox öyrəşdikdən sonra maraq itir və bu, darıxdırıcı olur".

Qeyd edək ki, cari mövsüm Formula-1 üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Tarix
2022.05.17 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla