Yuxarı

Millət vəkili medal qazanan idmançılarla görüşdü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kikboksçularımızın beynəlxalq arenada uğurlu nailiyyətləri Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafından xəbər verir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO-versiyası üzrə Dünya Çempionatında uğur qazanan idmançılarla görüşü zamanı bildirib:

"Azərbaycanda dövlət tərəfindən idmanın inkişafı üçün hər çür imkan və şəriat yaradılıb. Bütün maddi-texniki baza gənclərin istifadəsinə verilib. Gənclər bundan səmərəli yararlanmalıdır. Bunun üçün çox çalışmaq lazımdır".

Adil Əliyev son vaxtlar kikboksçuların beynəlxalq arenada uğurlarından da söz açıb:

"Bu gün idmançılarımız beynəlxalq yarışlarda uğurlu qələbələ qazanmaqla, digər gənc və yeniyetmə kikboksçularımıza stimul verirlər. Bu isə sağlam və güclü nəsilin yetişməsinə böyük təsir göstərir. Azərbaycana həm fikizi, həm də intellektual cəhətdən fayda verəcək nəsil lazımdır.

Serbiyanın Belqrad şəhərində uğur qazanan idmançılarımızı ürəkdən təbrik edirəm".

Medal qazanmış idmançılarımız bunlardır:

Elşad Ələsgərov- (54 kq, "K-1") - 1-ci yer

Ehram Məcidov (+94 kq, "kiklayt") - 2-ci yer

Ramal Aslanov – (61 kq, "loukik") - 2-ci yer

Anar Məmmədov – (91 kq, "K-1") - 2-ci yer

Ramiz Məmmədov – (54 kq, "loukik") -3-cü yer

Çingiz Əhmədzadə- (51 kq, "K-1") - 3-cü yer

Zöhrab Əzimov - (60 kq, "loukik") - 3-cü yer

Qeyd edək ki, Elşad Ələsgərov kikboks üzrə 2 qat dünya çempionu Elnur Əliyevin tələbəsidir. Elşad Ələsgərov bu il martın 14-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Heydər Əliyev kuboku uğrunda turnirdə erməni əsilli rusiyalı kikboksçu Armen Arutunovu məğlub etmişdi.

Tarix
2015.11.03 / 13:33
Müəllif
Kamilə Cavadzadə
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla