
Türkiyədən Putinin təklifinə reaksiya...
19:19
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Səudiyyə Ərəbistanının futbol komandası "Əl-İttihad" İranda "Sepahan"la matça çıxmaqdan imtina edib.
Axar.az xəbər verir ki, bu səbəbdən Asiya Çempionlar Liqasının C qrupunun 2-ci turunun qarşılaşması ləğv edilib. Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi iranlı general Qasım Süleymaninin heykəlinə görə meydana daxil olmaqdan imtina ediblər.
“Əl-İttihad” meydanın kənarında, hakim skamyasının arxasında qoyulmuş heykələ görə oyuna başlamaqdan imtina edib. Bu büst 2020-ci ildə İraqda pilotsuz təyyarənin hücumu zamanı ölən iranlı general Qasım Süleymanini təmsil edir.
Səudiyyə mediasına görə, “Əl-İttihad” futbolla heç bir əlaqəsi olmayan siyasi elementlərin olması səbəbindən meydana çıxmayıb.
Tarix
2023.10.03 / 00:28
|
Müəllif
Axar.az
|