Yuxarı

Millət vəkili velosiped sürdü - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nərimanov rayonunda "Təmiz şəhər naminə hərəkətdə ol!" adlı veloyürüş keçirilib.

Axar.az xəbər verir ki, veloyürüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin maliyyə dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, "İslahatlı Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Məqsəd şəhərimizin ekologiyasını qorumaq, gənc nəsildə sağlam həyat tərzinin təbliği və onların asudə vaxtını daha da səmərəli təşkil etmək, velosiped idmanının inkişaf etdirilməsindən ibarətdir.

Yürüşdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Şahin İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri Şahmar İbadov, İlqar Mirzəyev, Rəşid Ağayev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Təhsil üçün gənclər mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı 150 nəfərə yaxın gənc iştirak edib.

Həmçinin yürüyüşə velosiped üzrə olimpiya çempionları Aleksandr Averin və Tamara Polyakova da qatılıblar.

Veloyürüşdə 5000 metr məsafə qət edilib.

Tarix
2016.02.13 / 13:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla