Yuxarı

“Qarabağ”da döyüşçü ruhu... - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”da döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimində klubun baş məşqçisi Qurban Qurbanov deyib.

“16 ildir “Qarabağ”dayam. Bir saat içində bu illəri, günləri yenidən yaşadım. Film çox yüksək səviyyədə hazırlanıb. Əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Biz hamımız doğru yolu göstərə bilərik. Amma onun icraçıları var. Bu gün bir daha əmin oldum ki, mənim çox güclü kollektivim, futbolçularım və döyüşçülərim var. İki gün əvvəl komanda ilə söhbətimiz oldu. Onlara Qarabağ barədə danışdım. Bizim hansı komandanı təmsil etdiyimizi söylədim. İnsanlar canlarından keçiblər, əziyyətlər çəkiblər”.

Ağdam təmsilçisinin çalışdırıcısı “komandada döyüşçü ruhunu daim qoruyub saxlamaq istədiyini” vurğulayıb:

“Bunu Ali Baş Komandanımız 44 günlük müharibə ərzində hər gün öz xalqına müraciətində bildirirdi. Hamımız bir olmuşduq. Sonda belə zəfər əldə etmişdik. Bütün vacib qarşılaşmalarda bu fikirlər oyunçulara çatdırılır. Dövlət səviyyəsində komandamız sevilir və dəyər verilir. Belə olanda bizim başqa çıxışımız yoxdur. Öz işimizlə məşğul olmalıyıq”.

Tarix
2024.03.01 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla