Yuxarı

Qurbanov millidən məkrlə "yola salınanda"... - Süleymanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan futbolu adına bu mövsüm avrokubok həyəcanı sona çatdı. Yeni tarix yazıldı. Azarkeşlərimiz möhtəşəm hisslər yaşadılar. 10 ildən çoxdur klublarımız UEFA bayrağı altında çətin qruplar yolunu qət edirdilər. Bu il klub futbolumuz Avropada özünün qəbul olunması, tam təsdiq edilməsi möhürünü vurdu!

Axar.az xəbər verir ki, bu sözləri Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov bildirib.

O bildirib ki, Avrokuboklarda futbol müzakirələri, qırmızı vərəqə, qolların vurulması, emosiyalalar səngimir:

“Təbiidir, başadüşüləndir, belə də olmalıdır. Bununla yanaşı, fikirlər fonunda strateji olaraq illərin əziyyəti, keçilən yol, görülən işlər oyun epizodlarının kölgəsində qalmamalıdır.

Azərbaycan futbol mətbəxində tarixən uğur qazanan insanlara qarşı qısqanclıq olub, badalaq vurulub, geniş imkanlar olanda kampaniyalara əl atılıb. Təəssüf ki, bir çox hallarda istəklərinə nail olublar. Ölkə futbolunun üst səviyyədə olmamasının əsas səbəblərindən biri də belə halların olmasıdır.

“Qarabağ”ın timsalında, yerli mütəxəssis Qurban Qurbanovun bu səviyyəyə çatması sıradan bir hadisə deyil. Əməyi keçən, dəstək verən hər kəsə xüsusi təşəkkür düşür. Sübut olunur ki, yerli potensial mövcuddur, şərait yaradılacağı halda Azərbaycan futbolu qitədə öz layiqli yerini tuta bilər”.

O xatırladıb ki, AFFA-nın taleyüklü konfransının keçirilməsinə həftələr qalıb:

“Yeni federasiya rəhbəliyi, İcraiyyə Komitəsi formalaşacaq. Çox məsuliyyətli dönəmdir, Azərbaycan futbolunun yaxın gələcəyi, milli-ideoloji, strateji olaraq 10-15 ilik fəaliyyət dövrü həll ediləcək. Bu sırada milli komandaya baş məşqçi seçimi, təyinatı da mühüm əhəmiyyət kəsb edəcək.

Futbol ictimaiyyətinin münasibəti birmənalıdır, yerli məşqçilərə üstünlük verilməlidir. Perspektivi görünən məşqçilərimiz yetişməkdədir. Hazırda isə Qurban Qurbanovun alternativi yoxdur. Bir dəfə yığmada çalışıb. Məlum hadisələrdən sonra, ola bilər, düşüncələri fərqlidir. Ölkə futbolunun inkişafı naminə isə çox vacibdir...

Avropadakı uğurlardan sonra Qurban Qurbanova xarici klublardan, hətta yığma komandalardan təkliflərin gəlməsi, çoxalması müşahidə ediləcək. Olmaması mümkün deyil. Təbii, seçim hüququ baş məşqçinin özünə və mqaviləsi davam edən klubuna məxsusdur.

Burada ən önəmli məqamlardan biri “Qarabağ”ın ziyan çəkməməsidir... Vaxtilə Qurban Qurbanov millidən “yola salınanda” klub amili məqsədli, məkrli olaraq önə çəkilmişdi. Futbol baxımından müəyyən nüanslar olsa da, maneələr yaradılmasa, indiki ölkə futbolunun durumunu nəzərə alaraq, vahid komanda şəklində çalışılacağı halda, ortaq məxrəcə gəlinməsi mümkündür.

Milli komanda Azərbaycan futbolunun önəmli parçasıdır. Futbola ancaq kompleks yanaşılacağı təqdirdə, ümumi futbolun inkişafı düşünüləcəyi, işlək sistem, mexanizm yaradılacağı halda istənilən effekti verə bilər. Bu sistemin yaradılması fonunda əsas söz sahiblərindən birinin özünü təsdiq etmiş Qurban Qurbanov olması vacibdir. Azərbaycan futbolu ancaq düşünən beyinlərin, milli-mənəvi dəyərlərə önəm verən bacarıqlı insanların sayəsində istədiyi, layiq olduğu zirvələrə ucala bilər!”

Tarix
2024.03.16 / 19:39
Müəllif
Didəm Qədirova
Şərhlər
Digər xəbərlər

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla