Yuxarı

Ulduz futbolçu hönkür-hönkür ağladı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ulduz futbolçu hönkür-hönkür ağladı - Video

İtaliya A Seriyasında baş tutan "Napoli" – "Milan" matçında qəribə olay yaşanıb.

Belə ki, "Milan"ın oyunçusu Balotelli ehtiyat skamyada oturarkən göz yaşlarına hakim ola bilməyib, ağlamağa başlayıb. "Axar.az" xəbər verir ki, bu görüntü kameraların da obyektivindən yan keçməyib.

İtaliya mətbuatının iddiasına görə, ulduz oyunçunun ağlamasına səbəb azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub. Lakin "Milan"ın baş məşqçisi bu hadisəyə başqa don geyindirib.

Belə ki, baş məşqçi futbolçunun da hər bir insan kimi duyğulana biləcəyini vurğulayıb və bunun irqçi şüarlarla bağlı olmadığını bildirib:

"Bunlar futbola xas olan əlamətlərdir. Ağlamaq gözəl duyğudur və mən də vaxtında bunu yaşamışam".

Bu olaya Kolin Kazım və Felipo Melo da biganə qala bilməyib futbolçuya dəstək olublar.

"Qalatasaray"lı Melo italyan oyunçuya edilən hərəkətə "tvitter" vasitəsi ilə belə etiraz edib:

"İtaliya stadionlarında Mario fitə basıldı. Bu çox utancvericidir. Onu ağlayarkən görmək kədərlidir. Mario sən çempionsan".

"Bursaspor"lu Kolin Kazım da sosial şəbəkə vasitəsi ilə həmin görüntüdən sonra Balotelliyə daha çox hörmət etdiyini bildirib.

"ESPN" və "Daily Mail"in verdiyi məlumata görə, ulduz futbolçunun göz yaşlarına səbəb övladıdır. Ötən həftə bəlli olan DNT testinin nəticələrindən sonra Balotellinin çox duyğusal olduğu bildirilir. Balotellinin qızı üçün darıxıb göz yaşı tökdüyü də irəli sürülən iddialar içərisindədir.

Mario Balotelli isə məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.

Tarix
2014.02.10 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla