Yuxarı

Rauf Cabbarovun protokol saxtakarlığı - Özəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Cabbarovun protokol saxtakarlığı - Özəl

Azərbaycan Premyer-Liqasının 20-ci turunda keçirilən "Rəvan"-"İnter" qarşılaşmasının baş hakimi Rauf Cabbarovun idarəçiliyi narazılıqla qarşılanmışdı.

Oyundan sonra "Rəvan" rəhbərliyi hakimi qərəzkarlıqda ittiham etmişdi. Ancaq Rauf Cabbarovdan təkcə "Rəvan" rəhbərliyi narazı deyil.

"Axar.az"-a məlumat verən adının çəkilməsini istəməyən yüksək vəzifəli "İnter" rəsmisi hakimin oyunun protokolunda saxtakarlıq etdiyini bildirib. Belə ki, oyuna əlavə olunmuş dəqiqələrdə "Rəvan"ın cərimə meydançasında top "İnter"in futbolçusu Sezar Meza Kollinin əlinə dəyib meydandan çıxır. Olayı düzgün qiymətləndirə bilməyən Cabbarov küncdən zərbə təyin edir. "İnter"in futbolçusu Ruslan Əmircanov topu götürərək küncə nöqtəsinə yaxınlaşır. Ancaq bu vaxt qapı arxasında olan köməkçi hakim Vüsal Əliyev qulaqcıqla topun "İnter"in futbolçusunun əlinə dəydiyi barədə məlumat verir.

Cabbarov dərhal qərarını dəyişərək əks istiqamətə cərimə zərbəsi təyin edir. Hakim əllə oynayan futbolçuya- Sezar Meza Kollinə sarı vərəqə göstərmək əvəzinə bunu Ruslan Əmircanova göstərir. Oyundan sonra Vüsal Əliyev Əmircanova nəyə görə sarı vərəqə göstərdiyini Cabbarovdan soruşur. O isə cavabında "əllə oynadığına görə" deyir. Vüsal Əliyev Əmircanovun yox, Sezarın əllə oynadığını bildirir.

Kobud səhvə yol verdiyini anlayan Cabbarov oyunun protokolunda Əmircanovun hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandığını yazır.

Burda başqa bir saul da ortaya çıxır: Rauf Cabbarov Əmircanova hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə göstəribsə, bəs onda nəyə görə əllə oynayan Sezar Meza Kollinə sarı vərəqə göstərməyib?

Axı məntiqlə əllə oynayan futbolçunu da cəzalandırmalıydı. Görünür, səhv etdiyini anlayan Cabbarov, çıxış yolunu protokola saxta qeyd yazmaqda görüb. Yəqin ki, Hakimlər Komitəsi bu faktı araşdırar.

Tarix
2014.02.10 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla