Yuxarı

Cüdoçularımız ilk gündə medallar qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.06.27 - 20:26

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında ilk günü medallar qazanıb.

Axar.az İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 9 cüdoçusu tatamiyə çıxıb.

Oğlanlar

50 kq

Bahadır Feyzullayev ilk görüşdə Maykl Eydana (İsrail), ardınca Furkan Gülə (Türkiyə) qalib gəlib.

Məmmədəli Hüsiyev Nelu Malik (Moldova) və Tomas Gedoni (İtaliya) üzərində qələbələri sıralayıb.

Yarımfinalda qələbə qazanan Feyzullayev qızıl medal uğrunda Rostislav Kostrıkinlə qarşılaşıb. Qalib gələn cüdoçumuz Avropa çempionu olub. Hüsiyev isə bürünc uğrunda görüşdə erməni Şavarş Nahapetyana qalib gəlib.

55 kq

Nihad Məmişov ilk görüşdə Aleks Miloşeviçə (Serbiya) uduzub.

60 kq

Nihad Rəhimov öncə Kyartan Qrey (İslandiya), ardınca Tomas Palilloya (İtaliya) qalib gəlsə də, 1/4 finalda Yakub Kurovskiyə (Polşa) uduzub. O, yoluna təsəlliverici mərhələdə Emil Rəcəbxanov (AİN) üzərində qələbə qazanan cüdoçumuz bürünc uğrunda qarşılaşmada Şalev Koenlə (İsrail) görüşüb. Nihad uduzaraq, yarışı medalsız başa vurub.

Qızlar

40 kq

Xədicə Abdullayeva ilk qarşılaşmasında Ema Vasilyevaya (Bolqarıstan) məğlub olub.

44 kq

Leyla Ələkbərova Stella Papai (Macarıstan) və Yuvay Qabaya (Macarıstan) qalib gələrək 1/4 finala adlayıb. İdmançımız bu mərhələdə Natalya Proliç (Serbiya), təsəlliverici raundda Kalina Qriqorova (Bolqarıstan) səddini keçə bilməyib.

Nərmin Məmmədli Xantia Stilianu (Kipr) üzərində qələbədən sonra Yeva Evinqə (Böyük Britaniya) məğlub olub.

48 kq

Diana Eldarova Noa Hadar (İsrail) və Xrisrina Xristoforu (Kipr) mübarizədən kənarlaşdırıb. O, Şarlotta Nittesneymə (Almaniya) uduzub. Diana bürünc uğrunda görüşdə Sofiya Zaxarovaya (AİN) uduzub.

Nuranə Hacızadə isə Petra Culyaka (Bosniya və Herseqovina) qalib gəlsə də, 1/8 finalda Elif Kılıcla (Türkiyə) bacarmayıb.

Tarix
2024.06.28 / 01:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla