Yuxarı

Yay Olimpiya Oyunlarında iştirak edəcək millimizin heyəti

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yay Olimpiya Oyunlarında iştirak edəcək millimizin heyəti

Azərbaycan Olimpiya komandası bu günə qədər Paris-2024 Yay Olimpiya Oyunlarına 15 idman növündə 48 lisenziya qazanıb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Milli Olimpiya Komitəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, güləşdə 12 (sərbəst güləş - 6, yunan-Roma güləşi - 5, qadın güləşi - 1), cüdoda 9, gimnastikada 7 (bədii gimnastika fərdi - 1, batut gimnastikası - 1, bədii gimnastika komanda yarışı - 5), boksda 5, basketbolda 4, badmintonda və üzgüçülükdə isə 2 idmançı Paris Olimpiadasında iştirak edəcək. Atletika, qılıncoynatma, taekvondo, atıcılıq, triatlon, avarçəkmə və kamandan oxatma yarışlarında isə bir idmançı yarışacaq.

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan idmançıları:

Badminton:

Edi Reski Dviçayo (kişilər, fərdi);

Keişa Fatimə Zəhra (qadınlar, fərdi).

Gimnastika:

Bədii gimnastika:

Zöhrə Ağamirova.

Bədii gimnastika qrup hərəkətləri komandası:

(Ləman Əlimuradova, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümbətova və Darya Sorokina).

Batut gimnastikası:

Selcan Mahsudova.

Güləş:

Sərbəst güləş:

Əliabbas Rzazadə (57 kq);

Hacı Əliyev (65 kq);

Turan Bayramov (74 kq);

Osman Nurmaqomedov (86 kq);

Maqomedxan Maqomedov (97 kq);

Giorgi Meşvildişvili (125 kq).

Yunan-Roma güləşi:

Murad Məmmədov (60 kq);

Həsrət Cəfərov (67 kq);

Sənan Süleymanov (77 kq);

Rafiq Hüseynov (87 kq);

Sabah Şəriəti (130 kq).

Qadın güləşi:

Mariya Stadnik (50 kq).

Atletika:

Anna Skidan, çəkicatma.

Boks:

Nicat Hüseynov (51 kq);

Malik Həsənov (63,5 kq);

Murad Allahverdiyev (80 kq);

Alfonso Dominqes (92 kq);

Məhəmməd Abdullayev (+92 kq).

Taekvondo:

Qaşım Maqomedov (58 kq).

Atıcılıq:

Ruslan Lunyov (10 m pnevmatik tapança, 25 m kiçik çaplı tapançadan sürətli atış).

Basketbol:

Qadın yığması, 3x3 növü.

Avarçəkmə:

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə).

Triatlon:

Rostislav Pevtsov.

Qılıncoynatma:

Anna Başta, (sablya).

Kamandan oxatma:

Yaylagül Ramazanova.

Üzgüçülük:

Məryəm Şeyxəlizadəxangah (50 m sərbəst üsul);

Ramil Vəlizadə (200 m batterflyay).

Cüdo:

Balabəy Ağayev (-60 kq);

Yaşar Nəcəfov (-66 kq);

Hidayət Heydərov (-73 kq);

Zelim Tçkayev (-81 kq);

Elcan Hacıyev (-90 kq);

Zelim Kotsoyev (-100 kq);

Uşanqi Kokauri (+100 kq);

Leyla Əliyeva (-48 kq);

Gültac Məmmədəliyeva (-52 kq).

Tarix
2024.07.10 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla