Yuxarı

Benzia Bakıda fransız jurnalistləri belə susdurdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Benzia Bakıda fransız jurnalistləri belə susdurdu

UEFA Avropa Liqasının V turunun "Qarabağ" - "Lion" matçı ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, mətbuat konfransına qatılan fransalı jurnalistlər "Qarabağ"ın yarımmüdafiəçisi, vaxtilə "Lion"da çıxış etmiş Yassin Benziaya təxribat xarakterli suallar ünvanlayıblar.

Jurnalistlər əlcəzairli futbolçuya "Qarabağ"dakı çıxışı, klubun adının mənşəyi ilə bağlı suallar veriblər.

Yassin Benzia isə cavabında deyib:

"Qarabağ" klubunun adı hamı üçün xüsusi məna kəsb edir. Biz isə bu ada layiq çıxış etməyə çalışırıq. Adın xüsusi mənasından danışarkən komandanın özünün Qarabağdan, vaxtilə müharibə gedən bölgədən olduğunu nəzərdə tuturdum. Amma məcbur qalıb Bakıda məskunlaşıb. Sözlərimdə heç bir altməna axtarmağa ehtiyac yoxdur! Müdrik məşqçimiz var və işimiz meydana çıxıb oynamaqdır. Biz burada ailə kimiyik. Özümü öz ölkəmdə və öz evimdəki kimi hiss edirəm. Məşqçilərimiz və rəhbərlərimiz bizi də, ailələrimizi də daim diqqətdə saxlayırlar".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də başlayacaq.

Tarix
2024.11.27 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla