Yuxarı

"Qarabağ"dan Juninyo açıqlaması: İmtina etməyib...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, xarici mətbuatda "Qarabağ"ın hücumçusu Olavio Juninyonun son anda İspaniyanın "Sevilya" klubuna keçməkdən imtina etdiyi barədə məlumatlar yayılıb. Onun karyerasını ölkəsinin "Flamenqo" klubunda davam etdirmək istədiyi bildirilib.

Axar.az xəbər verir ki, "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov məsələ ilə bağlı Qol.az saytına açıqlama verib.

O, Juninyo ilə bir neçə klubun yaxından maraqlandığını söyləyib:

“Juninyo ilə bir neçə klub maraqlanır. Klublar həm bizimlə, həm də Juninyonun meneceri ilə danışıqlar aparırlar. Juninyonun transferi təkcə onun qərarı ilə həll olunacaq məsələ deyil".

A.Əsgərov 28 yaşlı hücumçunun "Sevilya"ya keçməkdən imtina etməsi haqda xəbərlərə belə münasibət bildirib:

"Desək ki, Juninyo “Sevilya”ya keçməkdən imtina edib, düzgün olmaz. Bunu o vaxt deyə bilərik ki, hər üç tərəf razılaşaraq, müqavilə imzalasın, oyunçu isə başqa komandaya keçsin. Sadəcə belədir ki, danışıqlar uzandıqca bir klubun mövqeyi güclənir, digəri isə zəifləyir. Amma bu o demək deyil ki, bir klubun təklifi digərindən zəifdir. İndi vəziyyət elədir ki, hər an hər şey dəyişə bilər. Danışıqların yekunlaşması o deməkdir ki, məsələdə üçtərəfli müqavilə imzalansın. Hazırki durumda isə konkret nəsə yoxdur. Danışıqların növbəti mərhələsindəyik. Yaxın günlərdə hadisələrin inkişafı, danışıqların istiqaməti aydınlaşacaq”.

Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2028-cı ilin iyununa qədərdir. 28 yaşlı hücumçu Ağdam klubuna 2023-cü ilin yayında "Çavez"dən (Portuqaliya) transfer olunub.

Tarix
2025.01.09 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir

Zəngəzur dəhlizi üçün yüzmilyonlar xərcləmişik. Niyə? - Video

Pezeşkian Azərbaycana səfərə hazırlaşır

“Şuşa”nın yanındakı bu məşhur restoranlar da sökülür - Təcili

Putin Əliyevdən üzr istəyib: indi bunu gözləyirik - Peskov

31-35 yaşlılar hərbi xidmətdən tərxis olunur?

Usubov Əhmədianla bu məsələləri müzakirə etdi

Yanvar ayının pensiyaları nə zaman ödəniləcək? – DSMF

Paşinyan Azərbaycana təkliflərini yaydı - Nələr var?

Qərbi Azərbaycan həyəcanı - Paşinyan açıqlama verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla