Yuxarı

Paşinyan Azərbaycana təkliflərini yaydı - Nələr var?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan son müzakirələrlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Axar.az sözügedən paylaşımını təqdim edir:

1. Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır, bunlardan kənarda Qərbi Azərbaycan yoxdur və ola bilməz, əgər onlar doğrudan da başqa yerə baxmaq istəyirlərsə, Naxçıvanı da Qərbi Azərbaycan saya bilərik;

2. Qərbi Ermənistan Armavir, Talin və Maralikdir. Bunun xaricində Qərbi Ermənistan yoxdur və ola da bilməz;

3. Şərqi Ermənistan İcevan, Berd (Tovuzqala), Çəmbərək, Vardenis (Basarkeçər), Cermuk, Goris, Qafan, Nerkin Hand və Nrnadzordur (Nüvədi). Bunun xaricində Şərqi Ermənistan yoxdur və ola da bilməz;

4. Azərbaycan Ermənistanın qaçqın hüquqları məsələsini “Qərbi Azərbaycan” çətiri altında müzakirə edilməsində israr edir. Qərbi Azərbaycan və buna bənzər şeylərlə aydındır ki, beynəlxalq hüququn subyekti olan Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına almağa və Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışırlar;

5. Əvvəlki bənddə qeyd olunan hallar kontekstində Ermənistan Respublikasının bacarıqlı orduya malik olmaq hüququnu şübhə altına alaraq, rəsmi Bakı Ermənistan Respublikasına qarşı maneəsiz təcavüz etmək imkanı əldə etməyə çalışır (Ermənistanın sürətlə silahlanmasına Azərbaycanın etirazı nəzərdə tutulur – red.);

6. Ermənistan Respublikasının regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması təklifi aydındır:

a) qarşılıqlı iddiaları genişləndirməkdən çəkinmək;

b) Berkaber-Voskepar (Bibiş-Əskipara) ərazisində aparılan demarkasiya təcrübəsinə və iki ölkənin demarkasiya komissiyalarının birgə işinin qaydalarına əsaslanaraq, demarkasiya prosesini davam etdirmək;

c) 90 faiz hazır olan sülh müqaviləsini imzalamaq;

d) təkliflərə uyğun olaraq Ermənistan Respublikasının ərazisindən Azərbaycan-Azərbaycan rabitəsi məsələsini və Azərbaycan Respublikasının ərazisindən Ermənistan-Ermənistan əlaqəsi məsələsini də həll edən “Sülh yollarının kəsişməsi” layihəsini həyata keçirmək;

e) atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək;

f) həbs edilmiş şəxslərin məsələsini hərtərəfli həll etmək;

g) itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsinin həlli istiqamətində işləmək;

h) beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək;

i) Sülh sazişinin müddəalarının tam və səmərəli həyata keçirilməsi üzərində işləmək;

j) silahlara qarşılıqlı nəzarət, kvotalar və onlardan istifadəyə məhdudiyyətlər barədə danışıqların aparılması mexanizmini formalaşdırmaq;

i) bütövlükdə hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək, sülhün bərqərar olmasından sonra birgə peşəkar ekspert komitəsi yaratmaq;

l) ATƏT-in Minsk Qrupunu buraxmaq.

Tarix
2025.01.09 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Antonio Koşta İlham Əliyevə zəng etdi

Bakı və Ankara Suriyanın quruculuğunda birgə fəaliyyət göstərir

Ayxan Hacızadə Paşinyana cavab verdi

MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?

Bakı və İrəvan arasında saziş bu tarixdə imzalanacaq

Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat

Karasevin Bakıya dil uzatmasına Kremldən cavab

Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla