Yuxarı

Naxçıvan baş nazirinin müşaviri və köməkçisinə dair tələblər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan baş nazirinin müşaviri və köməkçisinə dair tələblər...

Naxçıvan Muxtar Respublikası baş nazirinin müşaviri və köməkçisinə dair tələblər müəyyənləşib.

Axar.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı "1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri"ndə dəyişikliklər edib.

Naxçıvan Muxtar Respublikası baş nazirinin müşaviri:

Təhsilə dair tələblər: müvafiq ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda iki il qulluq stajı və yaxud dörd il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

Naxçıvan Muxtar Respublikası baş nazirinin köməkçisi:

Təhsilə dair tələblər: ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda iki il qulluq stajı və yaxud dörd il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.

Tarix
2025.12.03 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad...

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?

Ceyhun Bayramov Avstriyaya getdi

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla