Yuxarı

"Azərbaycan" Heydər Əliyevlə bağlı fotonu saxtalaşdırıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərbaycan" Heydər Əliyevlə bağlı fotonu saxtalaşdırıb?

11:50

Bu gün "Azərbaycan" qəzetinin 10.000-ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik. Təəssüf ki, "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu Öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.

Axar.az xəbər verir ki, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq edilib:

“Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir?

Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”.

“Azərbaycan” qəzetinin redaktoru Rəşad Baxşəli saytımıza açıqlamasında fotoların eyni olmadığını bildirib:

"Şəkillərə diqqətlə baxdıqda eyni foto olmadığını görmək mümkündür. Şəklin birində Ulu öndər Heydər Əliyev qəzetə baxaraq gülümsəyir, digərində isə ciddi ifadə ilə baxır. Bu, fotoqraf tərəfindən çəkilmiş fərqli anların nəticəsidir. Prezidentin postlarında yalnız “Azərbaycan” qəzeti deyil, gün ərzində müxtəlif qəzetlər yer alır. Həmin fotolar eyni anda çəkilsə də, birində “Azərbaycan” qəzeti, digərində isə “Yeni Azərbaycan” qəzeti əks olunub”.

Tarix
2025.12.03 / 14:49
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

Urmiya gölünün suyu artdı: Yenə quruyacaq?

Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək

İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq

Okampo Bakıya qarşı bu kampaniyanı necə qururdu?

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla