Yuxarı

Formula 1: Bakıda keçiriləcək yarışın biletləri satışda!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula 1: Bakıda keçiriləcək yarışın biletləri satışda!

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi üçün "Early Bird" – erkən bilet satışına start verilib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür. Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik Early Bird endirimi 15 dekabr tarixinədək qüvvədədir.

Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.

Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90,000 tamaşaçı ilə son doqquz ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb. Qlobal marağın yüksəldiyi bir vaxtda növbəti möhtəşəm yarış mövsümünün canlı şahidi olmaq üçün azarkeşlərə biletlərini erkən əldə etmələri tövsiyə olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley buraxılışı üçün bilet satışlarını ilk dəfə bu qədər erkən başlatmaqdan qürur duyduqlarını bildirib:

"İndiyədək qazanılan uğurlarımızı və sürətlə yüksələn əcnəbi azarkeş marağını nəzərə alaraq, bu erkən satış imkanını təqdim etməkdən məmnunuq. Bu təşəbbüs həm yerli, həm də xarici avtosport həvəskarlarının mövsümün ən çox gözlənilən idman tədbirlərindən biri üçün biletlərini erkən əldə etmələrinə şərait yaradır. Bu həm də Bakı yarışında təqdim olunan yüksək səviyyəli xidmətin və unudulmaz yarış təcrübəsinin bariz göstəricisidir".

Tarix
2025.12.03 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Türk gəmisi vuruldu - Təcili

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla