Rəşad Sultanov casus kimi həbs edildi
15:34
| Ana səhifə Kult |
|
Məşhur Hollivud aktyoru, bodibildinq ustası Arnold Şvartsenegger 79 yaşını qeyd edib.
Kult.az xəbər verir ki, bununla bağlı aktyor özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün 79 yaşım tamam olur. Hədiyyələrə ehtiyacım yoxdur. Bunun əvəzinə mən və komandam fitness industriyasını alt-üst edirik”, - Şvartsnegger bildirib.
Aktyor qısaqol köynək və şort, qızılı saat və günəş eynəyi ilə fotosunu paylaşıb.
İzləyiciləri aktyorun paylaşımına təriflər yağıdırıb, onu təbrik ediblər:
“Ad gününüz mübarək! 50 il əvvəl ən yaxşı formada idiniz, yarım əsr sonra isə hələ də yaşına görə ən yaxşı bədən quruluşuna maliksiniz”.
Qeyd edək ki, Arnold Şvartsenegger bodibildinq üzrə 7 dəfə “Mister Olimpiya” titulunun sahibi olub.
|
Tarix
2026.07.31 / 14:43
|
Müəllif
Kult.az
|