Yuxarı

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Qeyd olunduğu kimi, ölkələr arasında iqtisadi əməkdaşlığın həm enerji, həm neftdən kənar sektorlar üzrə genişləndirmək üçün böyük potensial var.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata bəyanatlarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi məsələlərinə xüsusi yer ayırması haqda qeyd edib.

“2026-cı ilin ilk 6 ayında Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 28 milyon 973 min dollar olub. Həmin dövrdə Azərbaycandan Qırğızıstana 25 milyon 572 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Qırğızıstandan Azərbaycana idxalın həcmi isə 3 milyon 401 min ABŞ dolları olub.

Bəs, Qırğızstana hansı məhsulları satırıq və nələr alırıq?

Bu ilin ilk yarısında Azərbaycan Qırğızıstanla ticarətdə 22.2 milyon dollarlıq müsbət saldoya malik olub. Azərbaycan Qırğızıstana dəyəri 11 milyon 960 min dollar olan 24 ədəd minik avtomobili satıb. Söhbət mühərrikinin həcmi 3000 kub sm-dən çox olan, daxili yanma mühərrikli nəqliyyat vasitələrindən gedir. Bundan başqa, Azərbaycan Qırğızstana şəkər (3 milyon 464 min dollar), tütün (1 milyon 503 min dollar), nasos-kompressor boruları (823 min dollar), mürəkkəb poliefirlər əsasında susuz mühitdə həll edilmiş lak və boyaq maddələri (529 min dollar), 1000 V-dan çox olmayan gərginlikli elektrik cərəyanının bölüşdürülməsi üçün avadanlıqlar (268 min dollar), bitkidən hasil olan yağlar (284 min dollar) və digər məhsullar ixrac edib.

Qırğızıstandan idxala gəldikdə isə qabığı təmizlənmiş yunan qozu (2 milyon 509 min dollar), makaron məmulatları (157 min dollar), parça (137 min dollar) və digər məhsullar xüsusi paya malikdir. Bu ilin ilk 5 ayında ölkələr arasında mübadilə edilən məhsul növlərinin sayı 151 olub.

Göründüyü kimi, Azərbaycanın Qırğızıstana ixracatı çoxşaxəli olsa da, belə ticarət dövriyyəsinin həcminin artırılması imkanları daha böyükdür. Bununla yanaşı, həm iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, həm də idxal və ixrac məhsullarının sayının artırılması üçün böyük potensial var. Cənab Prezidentin dövlət səfəri həmin potensialdan daha səmərəli istifadə olunmasına imkan yaradacaq”, - millət vəkili vurğulayıb.

Tarix
2026.07.31 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla