Yuxarı

“Nar”ın dəstəyi: inklüzivliyə dair real həyat hekayələri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”ın dəstəyi: inklüzivliyə dair real həyat hekayələri...

“Nar”ın dəstəyi ilə həyata keçirilən “Bütün Vücudlar Danışır” sosial layihəsi inklüzivliklə bağlı maarifləndirməni yeni formatda davam etdirir. “DanceAbility Azerbaijan” tərəfindən icra olunan layihə çərçivəsində icma üzvlərinin real həyat təcrübələri illüstrasiyalı hekayələr vasitəsilə ictimaiyyətə təqdim olunur.

Bu formatda paylaşılmış ilk hekayə eşitmə məhdudiyyəti olan və əmək fəaliyyətinə yeni başlayan Nərgizin həyat təcrübəsinə əsaslanır. Bu yanaşma qısa mətn və aydın illüstrasiyalar vasitəsilə inklüzivliyə dair müxtəlif mövzuları əlçatan şəkildə çatdıraraq bu sahədə məlumatlılığın artırılmasına töhfə verir.

Qeyd edək ki, layihənin məqsədi əlilliyi olan və olmayan şəxslərin birgə iştirakını təşviq etmək, inklüziv icmanı gücləndirmək və əlillik mövzusunda ictimai məlumatlılığı artırmaqdır. 2025-ci ilin dekabr ayından etibarən davam edən layihədə indiyədək 238 nəfər iştirak edib. Onlardan 51 nəfəri əlilliyi olan, 187 nəfəri isə əlilliyi olmayan şəxslərdir. Layihə çərçivəsində rəqs məşğələləri, icma görüşləri, master-klaslar və müxtəlif birgə fəaliyyətlər təşkil olunur. İştirak etmək istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə və ya “WhatsApp” üzərindən (+994772828880) əlaqə saxlaya bilərlər.

"Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin inkişafını, bərabər imkanların yaradılmasını və hər kəsin cəmiyyət həyatında fəal iştirakını dəstəkləyir. “Bütün Vücudlar Danışır” layihəsinə göstərilən dəstək də bu istiqamətdə həyata keçirilən təşəbbüslərin tərkib hissəsidir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2026.07.31 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla