Yuxarı

Vəba epidemiyası: Bu, Rusiyanın sonunu gətirə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəba epidemiyası: Bu, Rusiyanın sonunu gətirə bilər

Sibir Vəba Tədqiqat İnstitutunda çalışan bir işçinin ölümündən sonra vəba epidemiyası ilə bağlı narahatlıqlar, iqtisadi böhran və Ukraynada uzunmüddətli müharibə Rusiya Prezidenti Vladimir Putin üçün yaxşı bir şey vəd etmir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüddə olan zabiti Den Qoffman “Foks Nyus”a deyib.

O qeyd edib ki, Putin illərdir hakimiyyəti əlində saxlayır və laboratoriyada baş verən tək bir ölüm rejim üçün heç bir təhlükə yaratmasa da, gizli bioloji hadisələr 1986-cı il Çernobıl nüvə fəlakəti və ya Sovet-Əfqan müharibəsi kimi Moskva üçün sistemli uğursuzluqlar siyahısına əlavə olunur:

"Uzunmüddətli strateji sual ondan ibarətdir ki, bu, Vladimir Putinə və onun Kremldəki hakimiyyətinə təsir edəcəkmi? Xalq “Bu, bizim üçün deyil. Ukraynada müharibəni istəmirik. Bu, daha bir problemdir” deyəcəkmi? SSRİ-nin dağılmasının səbəbi Çernobıl deyildi, lakin amillərdən biri idi. Bu, iqtisadiyyatın çöküşü idimi? Bu yöndə də problemlər var idi. Əfqanıstanda uğursuz müharibə? Ukraynada da müharibə çox da yaxşı görünmür. Ona görə də bütün bunlar Putinin üzərinə düşür”.

Tarix
2026.10.07 / 07:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla