Yuxarı

Ağdamın yeni nəslinin nəfəsi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamın yeni nəslinin nəfəsi - Video

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin dəstəyi ilə yeni videoçarx hazırlanıb.

Axar.az xəbər verir ki, bir vaxtlar sükutun hakim olduğu Ağdamda bu gün yenidən uşaqların gülüş səsləri eşidilir. Yaşıl meydançalarda qaçan balacaların sevinci şəhərin yenidən dirçəlişinin ən canlı ifadəsidir. Onlar dağıntıları deyil, abad küçələri, geniş parkları, müasir yaşayış binalarını və təhlükəsiz həyətləri tanıyaraq böyüyürlər.

Bu uşaqların oynadığı yaşıl meydança təsadüfi bir məkanda yerləşmir. O, vaxtilə Qarabağın futbol tarixinin unudulmaz ünvanlarından olan İmarət stadionunun yaxınlığındadır. Bir zamanlar minlərlə azarkeşin coşqusu ilə səslənən bu məkanın ətrafında indi yeni nəslin gülüşü, futbol topunun səsi və gələcəyə inam əks-səda verir. Tarixin yaddaşı ilə gələcəyin ümidləri burada eyni nəfəsdə qovuşur.

Bu şəhərdə böyüyən hər bir uşaq sabahın Ağdamını quracaq, keçmişin ağrılarını gələcəyin uğurlarına çevirəcək. Çünki Ağdam artıq yalnız yenidən qurulan şəhər deyil – burada xoşbəxt uşaqlıq, yeni həyat və yeni nəsil böyüyür.

Tarix
2026.07.31 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla