Mərhum xalq artistinin bazarda toyuq alması... - Video
01:34
| Ana səhifə Kult |
|
Mərhum xalq artisti Tofiq Mirzəyevin çəkildiyi son kinolentlərdən biri "Bir az da Bahar bayramı" adlı qısametrajlı bədii televiziya filmidir.
Kult.az "Yeni Sabah"a istinadla xəbər verir ki, rejissor Nazim Abbasın 1979-cu ildə ekranlaşdırdığı filmdə idman müəllimi Məmmədəlinin (Tofiq Mirzəyev) acı taleyindən söhbət açılır.
"Azərbaycantelefilm"də istehsalı olan əsərdə onun tərəf müqabillərindən biri mərhum Xalq artisti Hacıbabab Bağırov olub.
Xatırladaq ki, xalq artisti Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib. O, 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə "Xalq artisti" fəxri adına və "Şöhrət" ordeninə layiq görülüb.
Həmin filmdən məzəli epizodu təqdim edirik:
|
Tarix
2026.07.30 / 01:34
|
Müəllif
Kult.az
|