Yuxarı

"Türkiyə Əsri"ni qurmağa başlamışıq - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Türkiyə Əsri"ni qurmağa başlamışıq  - Ərdoğan

Regionu yenidən qeyri-sabitlik uçurumuna sürükləməyə çalışan dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Qanlı planlarını həyata keçirmək üçün terror təşkilatlarından istifadə edən hər kəs uğursuzluğa məhkumdur. Qalib gələn tərəf Türkiyənin 86 milyon sakini – sülh, əmin-amanlıq və humanizm mövqeyindən çıxış edən hər bir insan olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird döyüşündə qələbənin 955-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Prezident “güclü və qüdrətli Türkiyənin şəfəqinin artıq doğduğunu” bildirib.

“Biz “Türkiyə Əsri”ni qurmağa başlamışıq”, - deyə dövlət başçısı əminliyini bildirib və qeyd edib ki, Türkiyənin hər bir sakini tezliklə ölkənin yeni nailiyyətlərinin şahidi olacaq.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə xalqı birlik və həmrəylik nümayiş etdirdiyi müddətdə düşmənlərin hər cür fitnə-fəsadı uğursuzluğa məhkumdur.

Ərdoğan qeyd edib ki, Türkiyə güclü olmağa borcludur. Türkiyə lideri deyib:

“Əgər biz geri çəkilsək, rəqiblərimiz bu torpaqlarda mövcud olmaq hüququmuzu belə bizə verməyəcəklər”.

Prezident Malazgird döyüşündə qazanılmış tarixi qələbənin əhəmiyyətinə diqqət çəkərək xatırladıb ki, 1071-ci il avqustun 26-da Səlcuqlu sultanı Alparslanın ordusu Bizans imperatoru IV Roman Diogenin sayca üstün qüvvələrini məğlub edib. Malazgird qələbəsi türklərin Anadoluda irəliləməsi üçün yol açıb.

Türkiyə lideri xatırladıb ki, Malazgird qələbəsi sayəsində türklər əvvəlcə Anadoluya öz təsirlərini yaydılar, daha sonra isə bayraqlarını üç qitədə dalğalandırdılar.

Tarix
2026.08.25 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla